26 C
Bakı
10 Avqust 2025 09:14
Siyasət

Krım körpüsünü partladan yük maşınına partlayıcılar Ermənistanda yüklənib? – İDDİA

Krım körpüsünü partladan yük maşınına partlayıcılar Ermənistanda yüklənib? – İDDİA

Krım körpüsünü partladan yük maşınına partlayıcılar Ermənistanda yüklənib? - İDDİA

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanı Krım yarımadası ilə birləşdirən körpüdə partladılan yük maşınının partlayışdan əvvəl Ermənistan ərazisində olmasını şərh edərkən deyib:

Onun sözlərinə görə, yük maşınının partlayışdan əvvəl Ermənistan ərazisində olması bir çox mətləblərdən xəbər verir:

“Əvvəla, onu deyim ki, partlayışdan əvvəl yük maşını Bolqarıstan, Gürcüstan və Ermənistan ərazisindən keçib. Adıçəkilən ölkələrə baxdıqda hər üçünün ABŞ-la münasibətlərinin yaxşı olduğunu deyə bilərəm. Xüsusilə də Gürcüstan və Ermənistanın. Rəsmi Tiflis çox öncədən Rusiyadan imtina edərək istiqamətini Qərbə yönəldib. Təsadüfi deyil ki, ABŞ rəsmiləri Cənubi Qafqaza səfərini məhz Gürcüstandan başladır. İkinci ziyarət edilən ölkə isə bir çox hallarda Ermənistan olur. Bu, ondan xəbər verir ki, Gürcüstan ABŞ-ın tam siyasi orbitindədir, Ermənistan isə bu orbitə çəkilməkdədir.

Bu mənada partlayıcıların tıra Ermənistanda yüklənməsi mümkündür. Ermənistan indiki məqamda Rusiyanın zəifləməsini və Ukrayna müharibəsini uduzmasını istəyir. Çünki Rusiya təsiri olduğu müddətədək rəsmi İrəvan Qərbə inteqrasiya edə bilməyəcək. Buna görə də Rusiyaya zərər verəcək istənilən planda erməni izi axtarmaq məntiqlidir”.

Tacxeber.az

Oxşar xəbərlər

Arayik Arutyunyan Xankəndidə qızına toy edib

redaktor

Prezident sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi – Xüsusi xəbər

admin

​​​​​​​Səlim Müslümov 13 milyon manat dövlət vəsaitini ələ keçirib – İTTİHAM AKTI

redaktor