20 C
Bakı
24 İyun 2025 03:35
DünyaGündəm

Şok xəritə: Rusiya bir gündə bütün vilayəti itirdi

Rusiya Müdafiə Nazirliyi gündəlik brifinq zamanı Ukraynada döyüş əməliyyatları ilə bağlı xəritələri nümayiş etdirib. Xəritələrdə rus ordusunun Xersonda gün ərzində 30 km geri çəkildiyi aydın olur.

Bu barədə “Meduza” agentliyi məlumat yayıb.

Belə ki, rus qoşunları 4 oktyabrda Xarkov vilayətindən demək olar ki, çıxıb, Xersonda isə geri çəkilib.

Xəritəyə əsasən, Xarkovda Rusiyanın əlində yalnız Dvureçnoye kimi kiçik qəsəbə qalmaqdadır.

Qeyd edək ki, Rusiya MN ötən gün bütün Xarkovun nəzarətlərində olduğunu açıqlamışdı.

Bununla da belə qənaətə gəlmək mümkündür ki, 3-4 oktyabr tarixləri ərazində Ukrayna ordusu Rusiyanın nəzarətində olan ərazilərdən üçdə ikisini azad edib. (Axar.az)

Tacxeber.az

Oxşar xəbərlər

İran Rusiyanı məyus etdi – Bu məsələdə razılıq olmayacaq!

redaktor

Braziliya Prezidenti onu çəkən yutuberin telefonunu əlindən almağa çalışdı

redaktor

İranda nazir qəzaya düşdü

admin