19 C
Bakı
26 Sentyabr 2025 22:21
Şou

Qədir Qızılsəsin ölüm xəbəri yayıldı

“Necə axmaq və paxıl adamlar var? Bu nə xəbərdir haqqımda yayıblar? Mənim heç kimdə işim yoxdur”.

Tacxeber.az xəbər verir ki, bu sözləri müğənni Qədir Qızılsəs Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar, sosial şəbəkədə haqqında ölüm xəbəri yayan şəxsləri tənqid edib.

“Hər zaman öz sənətim və musiqilərimlə xalqımıza xidmət etmişəm, edirəm, edəcəyəm də.

Boş-boş, cəfənqiyyat xəbərlərdir. Hər şey yaxşıdır. Bu xəbərləri yayan şəxslər təkcə məni, ailəmi deyil, eyni zamanda məni sevən insanları narahat edirlər.

Olmaz belə xəbərlər yaymaq. Mən sağam, sağlamam. Ölüm xəbərimi yayan şəxslərə sizin redaksiyanız vasitəsi ilə demək istəyirəm ki, onlara ayıb olsun”, – deyə, Qədir Qızılsəs bildirib.

Tacxeber.az

Oxşar xəbərlər

Deputat Samir Vəliyev özünü rüsvay etdi.

admin

Xalq artistinin xanımından PAYLAŞIM: “Ağrıkəsicim, antidepresanım gəlib” – FOTO

redaktor

Xumar Qədimovadan daha bir fərqli iş – Video

redaktor