21 C
Bakı
21 İyun 2025 23:29
Gündəmİdman

“De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik” – Video

“Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, bir həftə boyu bu taktika ilə işləyirik, sonra oyuna 1-2 gün qalmış taktikanı dəyişirsən. Oyunçular bilmir, kim hara qaçsın. Ona dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik”.

"De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik" - Video

Tacxeber.az  xəbər verir ki, bu sözləri millimizin kapitanı  Maksim Medvedev İctimai TV-də yayımlanan  və Kənan Hakimovun aparıcı olduğu “Bol idman” verilişində yığmanın baş məşqçisi Canni De Byazi ilə aralarındakı gərginlik barədə danışarkən deyib.

O,   bu gün axşlam yayımlanacaq verilişdə De Byazinin Qara Qarayevi yığmaya dəvət etməməsi barədə bunları söyləyib: “Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?”

 M.Medvedev millidə baş məşqçi vəzifəsinə ən yaxın namizədin Rəşad Sadıqov olduğunu deyib: “Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. O da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, nəticə necə olacaq”.

Tacxeber.az

Oxşar xəbərlər

Laportanın Bakıya səfərinin əsas məqsədi: SOCAR “Barselona”nın titul sponsoru olacaq? – EKSKLÜZİV

redaktor

Tanınmış həkimdən TƏBİB rəhbərliyinə sərt sözlər: Xalqın qanını içirsiniz! – VİDEO

redaktor

Toxluq xəstəliyinə tutulanlar Tofiq Yaqublunu aclıq aksiyasına məcbur etdilər

admin