27 C
Bakı
15 İyul 2026 11:10
Dünya

Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI – FOTO

Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI – FOTO

Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri üçün Ada tipli ilk korveti suya buraxıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Oktyabrın 2-də İstanbulda, İstanbul Dəniz Gəmi Təmiri Zavodunun hərbi gəmiqayırma zavodunda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə inşa edilən ilk Ada MİLGEM korvetinin suya buraxılması mərasimi keçirilib”, – hesabatda deyilir.

Qeyd olunur ki, “Hetman İvan Mazepa” adlı hərbi gəminin suya buraxılması mərasimində Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neyjpapa iştirak edib.

O bildirib ki, gəminin suya buraxılması mühüm hadisədir və bu, müstəqillik və ərazi bütövlüyü uğrunda gedən müharibə şəraitində Türkiyə Respublikasının Ukraynanın dostu olduğunu göstərir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvet sinifli gəminin inşası başlayıb.

Hüseyn İbadlı

Oxşar xəbərlər

“New York Times” Əhmədnejatın agent olduğunu niyə ifşa etdi?

redaktor

İran Şah çəkir…

redaktor

Lindsi Qraham öldü – nəsə dəyişəcəkmi?

redaktor