25 C
Bakı
30 İyul 2025 23:01
DünyaGündəm

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” – Video

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” – Video

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxışlar diqqət çəkib.

Tacxeber.az Real TV-yə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Avropa dövlətlərinin başçıları açılışda İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və Avropada yüksək nüfuza malik olduğunu deyiblər.

Tədbirdə çıxış edən qonaqlar Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqlinə dair layihəyə görə minnətdar olduqlarını ifadə ediblər. Həmin çıxışlardan bir neçəsini təqdim edirik:

Avropa Komisiyasının sədri Ursola Fonderlyaen:“Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”.

Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski:“Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.

Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.

Tacxeber.az

Oxşar xəbərlər

Ərdoğan doqquzuncu dəfə baba oldu

redaktor

Tramp-Putin telefon danışığı: Zelenskidən sərt reaksiya – “Rusiya dünyaya nifrət edir”

redaktor

Dəniz sahilindəki evini 23 milyon dollara satır

redaktor