25.7 C
Bakı
13 İyun 2026 22:27
DünyaGündəm

Ukrayna ordusu Liman şəhərini və 5 yaşayış məntəqəsini AZAD ETDİ

Ukraynanın müdafiə qüvvələri Liman şəhərinə (Donetsk vilayəti) daxil olub.

Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, düşmən mühasirəyə alınıb və bu şəhərin azad edilməsi Luqansk vilayəti istiqamətində irəliləməyə yol aça bilər.

Şərq qrupunun spikeri Serhiy Çerevy milli telemarafonun efirində döyüşlərin hələ də davam etdiyini bildirib:

“Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri artıq şəhərə daxil olub. Gördüyünüz məlumat və video doğrudur. Biz artıq Limandayıq, amma döyüşlər gedir. Təfərrüatlar daha sonra məlum olacaq”.

Həmçinin bu gün Ukrayna hərbçiləri Liman bölgəsində beş yaşayış məntəqəsinin – Yampil, Novoselivka, Şandriqolovo, Drobışevo və Stavkinin artıq azad edildiyini təsdiqləyiblər. Hazırda orada sabitləşmə tədbirləri həyata keçirilir.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Ukrayna hərbçilərinin şəhərin girişindəki stendin yanında bayraq qaldırması ilə bağlı video yayılıb.  (Publika.az)

Hüseyn İbadlı

Tacxeber.az

Oxşar xəbərlər

Putin atəşkəsə razılıq verdi

redaktor

Vuçicin xahişinə görə Əliyev Serbiyaya 500 milyon dollarlıq yatırım edəcək

admin

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından 45 nəfəri sağ çıxardı – VİDEO

admin