8 C
Bakı
09 Fevral 2026 14:12
DünyaGündəm

Kadırov Limandakı məğlubiyyəti şərh etdi: “Nüvə silahından istifadə etmək lazımdır”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edib.

O, bu barədə “Telegram” kanalında yazıb.

Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb.

“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, – deyə Kadırov yazıb.

Çeçenistan başçısı həmçinin artıq kardinal tədbirlər görməyin – sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər

Zelenski yenə ABŞ-a gedir – Bu dəfə tək yox

redaktor

Xumar Qədimovanın büstü hazırlandı – FOTO

redaktor

Zatulin yenə Azərbaycana qarşı çıxış etdi

redaktor