12 C
Bakı
28 Mart 2026 02:04
Dünya

“Əli Xameneyi müştehid deyil”-Qum, Məşhəd və Tehranın dini universitetlərinin tələbələri bəyanat yaydı

Qum, Məşhəd və Tehranın dini universitetləri və mərkəzlərində təhsil alan öyrəncilər İran rəhbəri Əli Xameneyi ilə bağlı bəyanat yayıblar.

Bəyanat müəllifləri İranda etirazçılara qarşı repressiyaları, narazıların öldürülməsini pisləyiblər. Baş verənlərə görə Əli Xameneyinin məsuliyyət daşıdığını deyiblər.

“Ömrümüzü dini təhsilə sərf edən tələbələr olaraq bildiririk ki, bu qondarma İslam hökumətində nüfuzlu məmurlar və məqam sahiblərinin heç biri müctəhid deyil. Hökumətin birinci şəxsi cənab Əli Xameneyi mərceyi-təqlid, müctəhid hesab olunmur”- deyə, öyrəncilərin bəyanatında qeyd olunub.

Məktubun surətini Əli Xameneyinin Qumda yerləşən ofisinə də göndərdiklərini deyən müəlliflər, bununla yanaşı bütün din xadimlərinə, müctəhidlərə xalqa dəstək vermələri barədə müraciət etdklərini bildiriblər.

Tacxeber.az

Oxşar xəbərlər

İlk DƏFƏ: İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

redaktor

Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

redaktor

Marqarita Simonyan Rusiya rəsmisi ilə “tənha gecələr keçirirəm” dedi

redaktor