DünyaGündəm

Rusiyanın ölkədən çıxardığı yapon diplomat yoxa çıxıb?

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Vladivostokdan qovulan konsul Motoki Tatsunorinin sentyabrın 28-də Rusiyanı tərk etdiyini, lakin hələ də ölkəyə gəlmədiyini bildirib.

“Diplomat Rusiyanı ayın 28-də tərk edib, lakin hələ Yaponiyaya gəlməyib. Vəziyyətin mahiyyətinə görə təfərrüat verməyəcəm”, – deyə nazir bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Tatsunori məxfi məlumat topladığı iddiası ilə “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Tacxeber.az

Oxşar xəbərlər

“Dedi ki, saxlanıldığı kamerada istilik sistemi partlayıb, suyun içərisindədir”

admin

Elman Rüstəmovun nikahdankənar oğlu Bakıya gətirildi: Məni dəlixanaya saldırmaq istəyir…

admin

Artıq NVİDİA H200 Qazaxıstandadır – Osman Gündüz

admin