15 C
Bakı
29 Mart 2026 15:39
GündəmŞou

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb – YENİLƏNİB + FOTO/VİDEO

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

06:25

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

 

Oxşar xəbərlər

Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış etdi

redaktor

Ermənilərin azərbaycanlı əsgərlə bağlı yalanı üzə çıxdı – FOTOFAKT

redaktor

Bakı təhsilinin 30 illik toxunulmazı: 149 saylı məktəbin direktorunu kim və necə qoruyur?

redaktor