25.3 C
Bakı
13 İyun 2026 12:24
Dünya

Türkiyədən Pakistana böyük dəstək – FOTO

Türkiyədən Pakistana böyük dəstək – FOTO

Türkiyə Pakistanda daşqın qurbanları üçün indiyədək 26 min çadır, eləcə də 400 mindən çox qida və gigiyena bağlaması göndərib.

Tacxeber.az xəbər verir ki, Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyəti görüşmək üçün dünən paytaxt İslamabada gedən Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezər Pakistan Milli Fəlakət İdarəetmə Bürosunun rəsmiləri ilə bir araya gəlib.

O, Türkiyədən Pakistana 14 təyyarə yardım göndərildiyini və bu gün sayca 13-cü humanitar yardım karvanının yola düşəcəyini bildirib.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışlarının yaratdığı sel fəlakətləri nəticəsində 1638 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.

Oxşar xəbərlər

The Telegraph: Xi Rusiyaya Ukraynada sülh yaratmağa imkan verməyəcək

redaktor

Qadın məhbuslar azad edildi – VİDEO

redaktor

Ayətullah Sistani “cihad” elan edib.

redaktor