30 C
Bakı
09 Avqust 2025 21:09
Gündəmİdman

“Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçi postuna dəvət edə bilərlər” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran forvardı Xaqani Məmmədov Sportal.azsaytına müsahibə verib. “Qəbələ”nin əsas komandasına çalışan məşqçi yığmanın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

 

 

 

 

 

 

– Millimiz Qazaxıstanı 3:0 məğlub etdi. Bu cür qələbəni gözləyirdiniz?

– Azərbaycan millisindən həmişə qələbə gözləmişik. Çünki söhbət ölkənin əsas komandasından gedir. Slovakiya və Qazaxıstana qarşı nümayiş etdirilmiş oyunlar ən yaxşısı idi. Buna görə də millimizi təbrik edirəm.

– Son üç oyunda millinin qalib gəlməsini nə ilə əlaqələndirirsiniz? Milli ilk dəfə bunu etmiş oldu. Sizcə, niyə ilk turlarda bu alınmırdı?
– Bunu zamanla əlaqələndirirəm. Yəni, Canni De Byazi iki ildir ki, baş məşqçi postundadı. Milli artıq öz oyununu göstərməliydi. Belə də, oldu.

– Son üç görüşdə qalib gəlməyimiz daha çox Canni De Byazinin sistem dəyişikliyə getməsi, daha çox hücumameyilli oynaması ilə əlaqələndirilir. Razısız ki, əvvəlki turlarda bu yox idi?
– Düzdü. Oyun sistemində də dəyişikliyiklə əlaqədar ola bilər. Ancaq ən vacibi komandanın özünəinamı, motivasiyasıdı. Komandada özgüvən var idi. Bunun da nəticəsində nəticələr gəldi.

– Canni De Byazinin millidə qalıb-qalmayacağı hələ ki, dəqiq deyil. Necə düşünürsünüz, italiyalı mütəxəssis postunda qalmalıdı?
– Məncə, Canni De Byaziyə şans verilməlidi. Çünki həqiqətən də milli komandamızın son oyunlarında inkişaf göründü. Məhz buna görə ona şans verilməli olduğunu düşünürəm.

– Millinin hazırkı heyəti ilə daha uğurlu nəticələr qazanmaq nə dərəcədə realdı?
– Bu heyətlə daha yaxşısını etmək mümkündü. Bunu onlar son üç oyunda da göstərdi. Meydana çıxan futbolçular komandalarında da özünü ən yaxşı tərəfdən göstərənlərdi.

– AFFA yerli məşqçidən yana seçim etmiş olarsa, sizcə, hansı mütəxəssisə üstünlük vermək lazımdı?
– Qurban Qurbanovun adını çəkə bilərəm. Onu baş məşqçi postuna gətirmək olar.

– Bəs, sizcə federasiya rəsmiləri bunu edər? Mümkün hesab edirsiz?
– Əlbəttə, hər şey mümkündü. Qurban Qurbanovu dəvət edə bilərlər. Təbii ki, Qurban müəllim özü buna razı olarsa.

Mirbağırağa

Tacxeber.az

Oxşar xəbərlər

“Mançester Siti”nin məşqçisinin atası Türkiyədə itkin düşübmüş

redaktor

Yarım milyard avroluq sual: Əliyevlərin Bodrum Villaları üçün pul haradandır?

admin

Cəmil Həsənli: “Arxiv İdarəsində 27 vərəq surət üçün 90 manat pul ödəməlisən”

admin