20 C
Bakı
16 İyun 2025 23:25
Gündəm

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” – VİDEO

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” – VİDEO

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” - VİDEO

Daim Azərbaycan əleyhinə təxribatçı açıqlamaları və çıxışları ilə gündəmə gələn Ərdəbil əyalətinin cümə imamı Həsən Ameli son cümə namazı xütbələrində insanların qarşısında timsah göz yaşları töküb.

Tacxeber.azxəbər verir ki, bu  barədə “Azad İran” “Telegram” kanalı məlumat yayır.

Bildirilir ki, özünü haqqın və məzlumların müdafiəçisi kimi qələmə verən Ameli nədənsə 10 gün öncə Tehranda “Əxlaq polisi” tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək komaya salınan 22 yaşlı günahsız Məhsa Əmininin faciəvi şəkildə öldürülməsinə səssiz qalıb.

Lakin rəşadətli iranlı gənclərin bu ədalətsizliyə və vəhşiliyə göz yummayaraq ölkənin bütün şəhərlərində kütləvi etirazlara əl atıb, “Diktatora ölüm, Xameneiyə ölüm!” şüarı səsləndirməsi hoqqabaz əyalət mollasını kədərləndirib və o, əlləri titrəyərək “ağanı təhqir etdilər” deyib, İran rəhbərinin yanında imtiyaz qazanmaq və guya onu müdafiə etmək üçün ağlamağa başlayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Xumar Qədimovanın büstü hazırlandı – FOTO

redaktor

Rus bölməsi üçün “üsyana qalxanlar”

redaktor

Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərdən yeni xəbər var

redaktor