24 C
Bakı
22 İyun 2025 13:12
DünyaGündəm

İranın əsas qaz ixrac marşrutu Türkiyə olmalıdır.

İranın Neft Nazirliyinin Xəzər və Mərkəzi Asiya İdarəsinin keçmiş rəisi deyib ki, ölkənin Türkiyə üzərindən enerji ixrac etməkdən başqa yolu yoxdur.

 

 

“Anadolu” ajansının xəbərinə görə, Xaqani bildirib: “Türkmənistan qazı Xəzər dənizinin o tayından və Azərbaycan üzərindən birbaşa Türkiyəyə getsə, bu ölkə regionda enerji ixracının ana xətti olacaq”.

O, bu gün “İLNA” xəbər ajansına verdiyi müsahibədə əlavə edib: “İranın Türkiyə vasitəsilə enerji ixrac etməkdən başqa yolu yoxdur, çünki İran LNG qaz mərkəzlərinə çıxışa malik deyil”.

Türkiyənin özünü Mərkəzi Asiya və Xəzərdən Avropaya enerji təchizatının ən önəmli yolu kimi təqdim edə bildiyini qeyd edən ekspert əlavə edib: “İranın enerjisi tam səssizcə Türkiyədən asılı vəziyyətə düşüb. İranın qaz sənayesi daxili kəsiri qarşılamaq üçün 80 milyard dollar kapitala ehtiyac duyur. Qaz ixracatçısına çevrilmək üçün biz qısa müddətdə bu məbləğin üç qatını, yəni 240 milyard dollar sərmayə qoymalıyıq”.

Tacxeber.az

Oxşar xəbərlər

Minlərlə insan bu körpəni övladlığa götürmək istəyir

redaktor

Hindistan mənzərələri – Sirli ziyarətgahlar, sidik qoxulu küçələr – FOTO

admin

Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı.

admin