21 C
Bakı
30 Sentyabr 2026 21:43
Hadisə

Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı

Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı

Bakıda küçədə yatan, daha sonra hüquq-mühafizə orqanları tərəfindən tapılan uşaqlarla bağlı müvafiq tədbirlər görülür.

Tacxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, polis tərəfindən aşkarlanaraq saxlanılan azyaşlılarla bağlı iş aparılır: “Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunub. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq həmin valideynlər bundan nəticə çıxarmayıblar”.

Qeyd edək ki, sentyabrın 28-də müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb. Sənətçi videonu Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib.

Tacxeber.az

Oxşar xəbərlər

Bu gün səhər saatlarındakı təyyarə insidenti

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor