2 C
Bakı
11 Fevral 2026 14:32
Dünya

ERMƏNİSTAN ATƏŞKƏS RAZILAŞMASINI POZDU – Hərbi qulluqçumuz yaralanıb

ERMƏNİSTAN ATƏŞKƏS RAZILAŞMASINI POZDU – Hərbi qulluqçumuz yaralanıb

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Nazirlikdən bildirilib.

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor da seçkilərdə qalib gəldi – FOTO

redaktor

Şiddətli töhmət alan Ağdaş İcra Hakimiyyətinin başçısı etimadı doğruldacağına söz verib.

redaktor

Rusiya Bakı ilə Moskva arasında münasibətlərin pisləşməsində növbəti dəfə kimisə “günahkar” tapıb

redaktor