12 C
Bakı
29 Mart 2026 06:02
Dünya

ERMƏNİSTAN ATƏŞKƏS RAZILAŞMASINI POZDU – Hərbi qulluqçumuz yaralanıb

ERMƏNİSTAN ATƏŞKƏS RAZILAŞMASINI POZDU – Hərbi qulluqçumuz yaralanıb

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Nazirlikdən bildirilib.

Oxşar xəbərlər

“İtmiş asteroid” gələn il Yerlə toqquşa bilər

redaktor

Qrant Şapps: “Böyük Britaniya Ukraynaya 10 mindən çox döyüş dronları verəcək”

redaktor

“Nəhayət, bu iyrənc əsr başa çatır”

redaktor