DünyaGündəm

Bayden çıxışı zamanı mərhumla danışmağa başladı – VİDEO

Bayden çıxışı zamanı mərhumla danışmağa başladı – VİDEO

ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən konfransda ictimaiyyət qarşısında çıxışı zamanı avqust ayında avtomobil qəzasında həlak olan ABŞ-ın mərhum nümayəndəsi Ceki Valorski ilə danışmağa başlayıb.

Tacxeber.azxəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

“Ceki, ordasan? Ceki haradadır?”, – Bayden çıxışının ortasında birdən deyib.

Bu noyabrda 80 yaşı tamam olacaq Ağ Evin rəhbəri tələsik tamaşaçılar arasında Cekiniaxtarmağa başlayıb.

Xatırladaq ki, Respublikaçı konqresmen Ceki Valorski avqustun 3-də ABŞ-ın İndiana ştatında avtomobil qəzasında həlak olub. Faciə konqres kampaniyasının qızğın vaxtında baş verib.

Avtomobil qəzasında 58 yaşlı Valorski ilə yanaşı, onun ictimaiyyətlə əlaqələr üzrə direktoru və yerli Respublika dairəsinin sədri də həlak olub.

Tacxeber.az

Oxşar xəbərlər

Öldüyü deyilən Xameneinin müşaviri əsa ilə görüntüləndi – FOTO

redaktor

Pensiya alanlara şad xəbər: Yanvarın 1-dən etibarən… – VİDEO

redaktor

“Hizbullah” İsrailin hərbi bazasına zərbə endirdi: 15 ölü, 70 yaralı var – FOTO/VİDEO

redaktor