23 C
Bakı
02 İyul 2025 03:26
CəmiyyətGündəmSağlamlıq

Qəlyan çəkənlərin DİQQƏTİNƏ: ağız xərçəngi yaradır

Qəlyan çəkənlərin DİQQƏTİNƏ: ağız xərçəngi yaradır

Qəlyandan alınan nikotinin miqdarı siqaretin verdiyi nikotinin miqdarından 70% çoxdur.

Bunu Publika.az-a açıqlayan narkoloq həkim Fəqan Zakirov bildirdi ki, siqaret çəkən şəxs orta hesabla 8-12 dəfə tüstünü içinə çəkdiyi halda, qəlyan çəkərkən orta hesabla 20-200 dəfə ciyərlərə tüstü alınır.

Onun sözlərinə görə, bir saatlıq qəlyan çəkmək orta hesabla 50 siqaretə bərabərdir:

“Bu məlumatlara əsaslanaraq, qəlyanın siqaretdən daha zərərsiz olduğunu düşünmək yanlışdır. Bundan başqa, qəlyan gigiyenik baxımından da ciddi təhlükə yaradır. Birdəfəlik ağızlıqlar (qurtumlar) taxıldıqda belə, lans divarındakı təbəqədən koronavirus, vərəm, herpes simplex virusu, bəzi virus infeksiyaları, ekzema və göbələk infeksiyalarının keçmə riskinin olduğu müşahidə edilib. Qəlyan tüstüsünün tərkibində nikotin, uçucu üzvi birləşmələr, polisiklik aromatik karbohidrogenlər, akrolein, qurğuşun, kadmium və arsen kimi ürək-damar sisteminə zərər verə bilən, eləcə də ağciyər, sidik kisəsi və ağız xərçənginə səbəb ola biləcək zəhərli kimyəvi maddələr var. Qəlyandan istifadə edənlər böyük miqdarda dəm qazı udurlar”.

Həkim qəlyan çəkənlərə öz tövsiyəsini çatdırmağı da unutmadı:

“Hər il dünyada tütün və tütün məhsullarından 7 milyon insan həyatını itirir. Qəlyandan hər gün istifadə etmək düzgün deyil, çünki o, xərcəngdən ölüm riskini artırır. Qəlyandan nə qədər çox uzaq olsanız, bir o qədər sağlam qalarsınız və uzun ömür yaşayarsınız”.

Rövşən Ziya

Tacxeber.az

Oxşar xəbərlər

Dırnaq boyası çəkəndən 10 saat sonra bədəndə nə baş verir?

redaktor

50 xəstəlik üçün çay- müalicəvi içki RESEPTİ

redaktor

“Əvəz Zeynallıya 8 min manat verdim ki, rüsvay olmayaq” – Şahid ŞOK DETALLARI AÇDI

redaktor