19 C
Bakı
23 İyun 2025 22:11
İdman

Salyanda “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri keçirildi — FOTOLAR

Salyanda “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri keçirildi — FOTOLAR

25 sentyabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri və kikboksinq idman növü üzrə nümunəvi döyüşlər təşkil edilmişdir.

Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən “Kikboksinq” idman klubunda təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.İdmançılar kikboksinq idman növü üzrə təcrübəli məşqçi müəllim Rahil İsgəndərovun müşayiəti ilə müxtəlif idman normativlərini yerinə yetirmiş və kikboksinq idman növü üzrə nümunəvi döyüşlər nümayiş etdirmişlər.

Sonda müxtəlif idman normativlərində və nümunəvi döyüşlərdə fərqlənən idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olunmuşdur. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında kikboksinq idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.

Oxşar xəbərlər

“Qurban Qurbanov öz istəyi ilə iclasa qatılmadı.

admin

Slovakiya millisinin məşqçisi: “Rəşad Sadıqovu dərhal tanıdım, onunla qarşı-qarşıya oynamışdıq” – MÜSAHİBƏ

admin

İnfantino: Hər ölkədə Pelenin adına stadion olsun!

redaktor