DünyaGündəm

Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.

Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.

Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.

Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.

Oxşar xəbərlər

“Bizə dedilər ki, bura sizin şəxsi saytınız, xatirə kitabınız deyil” – Şəhidlərin məqalələri Vikpediyadan niyə silinib?

admin

İsrail hərbçiləri döyüşdən imtina etdi – Sensasion şərt

admin

Şimali Koreya liderinin köhnə zirehli qatarı: İçində nələr var? – Foto

redaktor