24 C
Bakı
23 İyun 2025 19:23
İdman

Futbol üzrə Millimiz Slovakiyaya qalib gəldi

Millimiz Slovakiyaya qalib gəldi

Millimiz Slovakiyaya qalib gəldi - Yenilənib

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxıb.

Futbol Azərbaycan Millisi  Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.

Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Qrupun digər matçında Qazaxıstan Belarusa 2:1 hesabı ilə qalib gələrək qrup lideri kimi B liqasında vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i “Dalğa Arena”da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.

22 sentyabr

Millətlər Liqası, 5-ci tur

C liqası, 3-cü qrup

22:45. Slovakiya – Azərbaycan – 1:2

Qollar: Renat Dadaşov, 44 (0:1), Jirka, 90+3-pen (1:1), Höccət Haqverdi, 90+5 (1:2)
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Trnava. Anton Malatinski stadionu

Qazaxıstan – Belarus – 2:1

Qollar:Qabuşev, 29 (1:0), Savitski, 45+3, Zeynutdinov, 79

Tacxeber.az

Oxşar xəbərlər

Valideynlərin KABUSU – İdmançıların azyaşlılara qarşı zorakı rəftarının qarşısını necə ALAQ?

redaktor

“Ehtiyac yaransa, bu addımı atacağıq” – Qurban Qurbanov

redaktor

“Hamı bizi Gürcüstan millisi ilə müqayisə edir, amma deyən yoxdur ki…” – gürcülərin bizdən üstün olma SƏBƏBLƏRİ

admin