24 C
Bakı
12 Sentyabr 2026 12:24
Dünya

Ukrayna irəliləyir, rus qoşunları mühasirədədir

Ukrayna irəliləyir, rus qoşunları mühasirədədir

Ukraynadakı Rusiya qüvvələri üçün vəziyyət kifayət qədər acınacaqlıdır.

Bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

“Ukrayna müdafiə qüvvələrinin Xarkov istiqamətində effektiv əks-hücum keçirməsindən sonra hərəkatın davam etdiyini görürük. Xarkov istiqaməti ilə yanaşı, Donetsk vilayətində də yaşayış məntəqələri azad edilib. Döyüşlər davam edir. Bundan əlavə, biz Ukrayna qüvvələrinin Xerson vilayətinin sağ sahilində əks-hücumunu görürük. Ordu Xarkov yaxınlığındakı qədər sürətlə olmasa da irəliləməkdə davam edir. Rusiya qoşunları blokadada qalıb. Ukrayna Silahlı Qüvvələri təkcə körpüləri deyil, bərə keçidlərini də atəş nəzarətinə götürüb”, – ekspert qeyd edib. /Axar.az

Tacxeber.az

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor