25 C
Bakı
11 Avqust 2025 08:15
Şou

Şakira Pikenin xatirinə bunları edibmiş: “İkimizdən biri…”

Şakira Pikenin xatirinə bunları edibmiş: “İkimizdən biri…”

Dünya ulduzu Şakira futbolçu əri Jerar Pikedən ayrılması barədə səmimi açıqlamalar verib.

Müğənni onunla münasibətə başlayandan bəri sevgisi üçün daim güzəştə getdiyini deyib.

O, deyib ki, karyerasını ailəsi üçün arxa plana atıb:

“Öz sənətimi ikinci plana ataraq İspaniyaya köçdüm. O, bir futbolçu olaraq, futbol oynamaq, şöhrət qazanmaq istədi. Mən də onu dəstəkləməli idim. Yəni, ikimizdən biri fədakarlıq etməli idi, elə deyilmi? Bunu mən etdim”.

Şakira müsahibəsində qeyd edib ki, ayrılıq dönəmi uşaqlarına da təsir edib və bu, onlar üçün çox çətin prosesdir.

Bundan əlavə, dünya gündəminə düşmüş bu ayrılıq Şakiraya xəyanət edən Pike üçün elə də yaxşı nəticələnməyib. Onu sosial şəbəkə istifadəçiləri xeyli “linç” ediblər.

Qeyd edək ki, Jerar Pike iki uşağının anası Şakiraya iddialara görə, həmkarının anası ilə xəyanət edib. Daha sonra o, başqa bir futbolçunun bacısı ilə paparazzilərə yaxalanıb.

Oxşar xəbərlər

Toy nə vaxtdır?

admin

Məhəbbət Kazımovun bu ifası trend oldu – VİDEO

redaktor

Arvadını ərindən oğurlayan, 19 yaşda ata olan dahi – Bir ulduz axdı

admin