19 C
Bakı
10 Sentyabr 2026 02:34
Dünya

İsrail Rusiyadan qaçanlara qucaq açır: Baş nazirdən çağırış

İsrail Rusiyadan qaçanlara qucaq açır: Baş nazirdən çağırış

İsrailin Baş naziri Yair Lapid Rusiyada qismən səfərbərlik elan edildikdən sonra “El Al” aviaşirkətinin rəhbərini Rusiyaya uçuşların sayını artırmağa çağırıb.

Tacxeber.az xəbər verir ki, İsrail hökumətinin dəftərxanasından məlumat verilib.

Lapid qeyd edib ki, təkcə uçuşların artırılması deyil, həm də viza və miqrantların ölkədə yerləşdirilməsi sahəsində də tədbirlər görüləcək.

İsrailin Rusiyadan çoxlu sayda mühaciri qəbul etmək üçün artıq hazırlıqlara başladığı da bildirilir.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədən xaricə gedənlərin sayı kəskin şəkildə artıb.

Tacxeber.az

Oxşar xəbərlər

İran ABŞ bazalarını çökdürürmü?

redaktor

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

redaktor