CəmiyyətDünyaGündəm

Elektrik və hidrogenlə işləyən yük maşını təqdim olundu.

“Nikola” şirkəti sentyabrın 20-də Hannoverdə açılan “IAA Transportation” kommersiya nəqliyyat vasitələri sərgisində “Tre” yük avtomobilinin Avropa versiyasını nümayiş etdirib.

Model iki versiyada satılacaq: Elektrik və hidrogen.

Birincisi ümumi gücü 738 kilovat-saat və 530 kilometrə qədər enerji ehtiyatı olan doqquz batareya ilə təchiz ediləcək. İkincisində isə 70 kiloqram hidrogen üçün çənlər quraşdırılacaq  ki, bunun sayəsində avtomobil birdəfəyə təxminən 800 kilometr qət edə biləcək.

Avtomobillər Almaniyanın Ulm şəhərindəki “Iveco” zavodunda yığılacaq. İlk olaraq elektrik versiyası satışa çıxarılacaq.  /Mənbə: motor.ru

Tacxeber.az

Oxşar xəbərlər

Aşıq Ələsgərin heykəli ilə bağlı sənətşünasdan AÇIQLAMA – “Onu maraqlı edən elə solaxay olmasıdır”

redaktor

Amerika İranı niyə vurmur?

admin

Erməni nəşrindən şok Türkiyə iddiası – “Qərb üçün ən sərfəli variant…”

admin