30 C
Bakı
30 İyul 2025 18:42
DünyaSiyasət

17 ildən sonra bir ilk: Rəcəb Tayyib Ərdoğan İsrailə gedir.

Tacxeber.az  Teleqram.com-a istinadənxəbər verir ki, bu barədə Jewish Telegraphic” agentliyi məlumat yayıb.

Bununla belə, Türkiyə lideri İsrailə mümkün səfərinin tarixini açıqlamayıb.

“Middle East Eye” (MEE) saytı da oxşar xəbərində yüksək rütbəli Türkiyə rəsmisinə istinadən Prezident Ərdoğanın noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra İsrailə səfər etməyi planlaşdırdığını iddia edib.

Türkiyə prezidentinin İsrailə sonuncu səfəri 2005-ci ildə olub.

Türkiyə və İsrail arasında normallaşma prosesi çərçivəsində Prezident İshaq Hersoq və Baş nazir Yair Lapid Ankaraya gələrək, Prezident Ərdoğanla görüşüb.

Nəhayət, iki ölkə qarşılıqlı səfirlər təyin etmək qərarına gəlib. Bu çərçivədə Tel-Əviv hazırda İsrailin Ankaradakı müvəqqəti işlər vəkili İrit Lillianı səfir təyin edib.

Tacxeber.az

Oxşar xəbərlər

Zelenski Rusiyanın iddiasını təkzib etdi

redaktor

“Bəxtiyarı müdafiə edən hər kəs onun kimi əxlaqsızdır” – İlkin Rütəmzadə

redaktor

Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk etdi.

admin