30 C
Bakı
10 Avqust 2025 19:21
Hadisə

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Tacxeber.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Qurtuluş idarə etdiyi “Merdeses-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.az

Oxşar xəbərlər

İndoneziyada vulkan püskürməsi: Əhali təxliyə edilib – YENİLƏNİB + VİDEO

redaktor

“Turan Tovuz”dan “Qarabağ”a şok.

admin

Hatayda 6,4 bal gücündə zəlzələ olub

redaktor