18 C
Bakı
01 Aprel 2026 16:00
Hadisə

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Tacxeber.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Qurtuluş idarə etdiyi “Merdeses-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.az

Oxşar xəbərlər

Bakıda 106 saylı avtobusda partlayış.

admin

Fernandu Santuş: “Hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur”

admin

Azərbaycandan İrəvana yardıma gedən təyyarə qəzaya düşdü.

admin