32 C
Bakı
12 Avqust 2025 16:40
Sağlamlıq

Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin verməyin – Təhlükə

Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin verməyin – Təhlükə

Uşaqlar gündə 4 dəfə qidalanmalıdır. Onlar ilk səhər yeməyini 7:30-da yeməlidir.

Tacxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı nazirliyin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

“Menyuda xüsusən isti yeməklər, sıyıq, yumurta və meyvə olmalıdır. Valideynlər düşünür ki, əlavə vitaminlər uşaqların sağlamlığı üçün yaxşıdır. Lakin bu fikir düzgün deyil. Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin vermək olmaz.

Hətta bəzən valideynlər bir-birinə uşağa vitamin verməyi tövsiyə edirlər. Bu, uşaqlara xeyirdən çox ziyan vura bilər. Onlar düşünməlidir ki, vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil. Uşaqların menyusunda əsas meyvə-tərəvəzdən istifadəyə üstünlük verməkdir”.

Tacxeber.az

Oxşar xəbərlər

Putinin pəhrizi nədən ibarətdir və hər gün mühüm işlərdən öncə nə edir?..

admin

Yuxusuzluğa və əsəbə qarşı – Bir bitkini sınayın

redaktor

Arıq insanlarda belə qaraciyər yağlanmasına səbəb olan pəhriz budur

redaktor