25 C
Bakı
30 Sentyabr 2026 13:34
Dünya

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

Oxşar xəbərlər

Moskvanın Yeni Planı: Rusiya Ukraynanın daxilində ikinci cəbhə açır

redaktor

Putindən əcaib fərman: Dataları gizlədin

redaktor

Rusiyanın növbəti Tu-95 strateji bombardmançı təyyarəsi qəzaya düşüb

admin