26 C
Bakı
13 Avqust 2025 03:34
Dünya

İrəvanda Nikola qarşı aksiyalar yenidən başlayır

İrəvanda Nikola qarşı aksiyalar yenidən başlayır

Sentyabrın 15-i səhər saatlarından Ermənistan parlamentinin binası çoxlu sayda polis tərəfindən qorunur.

Tacxeber.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, polis qalxanlardan divar düzəldərək, Dəmirçyan küçəsinin girişini bağlayıb. Bu yolla deputatların binaya maneəsiz hərəkətini təmin edirlər.

Qeyd edilib ki, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə dünənki etiraz aksiyasının davam edəcəyi gözlənilir.

“Dünən yüzlərlə erməni vətəndaşı Baqramyan prospektini bağlayaraq, Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirib. Onlar “Nikol satqındır” şüarları səsləndiriblər. Bu gün vətəndaşlar parlament binası yaxınlığında toplaşmağa başlayıblar”, – məlumatda qeyd olunub.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiya xarici gəmilərin Cənubi Kuril adalarında keçid hüququnu dayandırıb: Yaponiya etiraz edir

redaktor

“Terror aktını kimin törətdiyini bilirik” – Putindən SON DƏQİQƏ açıqlaması

redaktor

“Aİ Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir” – Zatulin

redaktor