16 C
Bakı
27 Sentyabr 2025 20:42
Siyasət

Biz Ermənistan ərazisindən dəhliz verməyəcəyik – Paşinyan

Biz Ermənistan ərazisindən dəhliz verməyəcəyik – Paşinyan

Biz Ermənistan ərazisindən dəhliz verməyəcəyik - Paşinyan

Suverenlik məsələsində Ermənistan üçüncü tərəflərin mövqeyindən narahat olmamalıdır.

Tacxeber.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan ərazisindən keçən heç bir dəhliz yoxdur və ola da bilməz və dünyada heç kim Ermənistanla bunu müzakirə etmir.

Ermənistan dünyanın ən böyük və təəssüf ki, ən qüdrətli dövləti olmasa da, suverenlik məsələsində başqalarının fikri ilə çox da maraqlanmamalıyıq. Biz suveren ərazidən nə dəhliz, nə də ərazi verməyəcəyik.

Və birdən belə bir ölkə meydana çıxarsa, o zaman biz sadəcə olaraq belə müzakirələri dayandıracağıq, çünki biz dəhlizlə bağlı müzakirə aparmırıq”, – Paşinyan bildirib.

Tacxeber.az

Oxşar xəbərlər

Pənah Hüseyn: “Ərdoğana səs verirəm”

redaktor

Hücuma hazırlaşan İrana sərt xəbərdarlıq: “Bədəli ağır olacaq”

admin

Polşa Ukraynaya yardım edən peyk şirkətində pay almağa hazırlaşır – Financial Times

redaktor