4 C
Bakı
27 Dekabr 2025 00:11
Gündəm

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, – deyə bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər

Sahil Babayevin “Möcüzəli Naftalan” sevdası: Vətəndaşlara ayrılan milyonlar necə yoxa çıxarılır?

redaktor

Azərbaycanda bir neçə abituriyent 500-dən çox bal topladı, universitetə qəbul ola bilmədi

redaktor

“Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız…“ deyən icra başçısının VARİDATI

admin