21 C
Bakı
21 İyun 2025 23:20
Gündəm

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, – deyə bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər

Tələbələrimiz həmin binada olmaya bilərmi? – Qohumu danışdı

redaktor

Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərdən yeni xəbər var

redaktor

Rusiya XİN-ə “etnik təmizləmə” ilə bağlı sübutlar verə bilməyən ermənilər çarəni BELƏ TAPDILAR – VİDEO

redaktor