24 C
Bakı
12 Sentyabr 2026 12:24
Dünya

Lavrov: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”

Lavrov: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”

Lavrov: "Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir"

Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

Tacxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Moskva Ukrayna ilə danışıqlardan boyun qaçırmır.

“Lakin Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir” – Lavrov qeyd edib.

Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə bildirib. “Prezident görüş iştirakçılarına müraciət edərək Ukraynanın tarixi barədə deyib ki, danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq o qədər çətin olacaq”, – nazir vurğulayıb.

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor