4 C
Bakı
27 Dekabr 2025 02:16
İdman

Tomas Tuxel “Çelsi”dən Ronaldoya görə qovulub .

Tomas Tuxel “Çelsi”dən Ronaldoya görə qovulub - YENİLƏNİB

“The Telegraph” almaniyalı baş məşqçi Tomas Tuxelin “Çelsi”dən qovulmasının səbəbini öyrənib.

Tacxeber.az  Lent.az-a istinadən  bildirir ki, qəzetin yazdığına görə, Tuxel “Mançester Yunayted”dən portuqaliyalı hücumçu Kriştiano Ronaldonu almaqdan qəti şəkildə imtina edib və onun bu qərarının motivlərini açıqlamalı olmasından əsəbiləşib. Bu mövqe “Çelsi”nin sahibi Todd Boeliyə xoşuna gəlməyib. Bildirilir ki, alman mütəxəssis bu mövsüm transfer qərarlarının verilməsində artan məsuliyyətdən də narazı qalıb.

***

Çempionlar Liqasının ilk turu daha bir baş məşqçisinin istefası ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, “Çelsi” Tomas Tuxeli istefaya göndərib.

Zaqreb “Dinamo”suna məğlubiyyət almaniyalının London klubunda son matçı olub. Bu, Tuxelin “Çelsi”də həm də yubiley – 100-cü görüşü idi.

2021-ci ilin yanvarından “göylər”ə rəhbərlik edən mütəxəssis komandaya Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazandırıb.

Qeyd edək ki, “Çelsi” “Dinamo”ya 0:1 hesabı ilə uduzub.

Tacxeber.az

Oxşar xəbərlər

MMA üzrə baş məşqçi Bakıda saxlanıldı – SƏBƏB

admin

PFL ləğv olunur, Ramin Musayev AFFA-da rəhbər vəzifəyə gətirilir?

admin

Ramil Şeydayev Asiyaya gedir: ilinə 1 000 000 dollar maaş alacaq .

admin