12 C
Bakı
25 Mart 2026 16:17
DünyaGündəm

Türkiyə şirkəti Azərbaycan ordusu üçün kater hazırladı

Türkiyə şirkəti Azərbaycan ordusu üçün kater hazırladı

Türkiyənin STM (“Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ”) müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.

Tacxeber.az xəbər verir ki, STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.

STM məhsul xəttinə, həmçinin “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.

STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.

O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.

“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”, – o deyib.

Tacxeber.az

Oxşar xəbərlər

UTX-nin “Alfa” qrupu Rusiyaya məxsus 15 təyyarə, üç helikopter, bir nəqliyyat təyyarəsini məhv edib

redaktor

ABŞ-də “TikTok”a giriş qadağan olundu

redaktor

Paşinyan Bakıya dəvət edildi – Rəsmi

redaktor