24.2 C
Bakı
28 İyun 2026 20:55
İdman

MMA döyüşçümüz bu gün UFC-də ilk sınağına çıxacaq

MMA döyüşçümüz bu gün UFC-də ilk sınağına çıxacaq

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.

Tacxeber.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar.

N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək.

Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.(Qafqazinfo)

Tacxeber.az

Oxşar xəbərlər

Ronaldonun Ər-Riyaddan ilk FOTOLARI

redaktor

“Yunayted”dən ayrılan Ronaldoya ilk rəsmi təklif! – Bu komanda istəyir

admin

Rahat yat, kral Pele! – Ronaldo Pelenin vəfatı ilə bağlı təsirli paylaşım etdi

admin