32 C
Bakı
12 Avqust 2025 14:33
İdman

MMA döyüşçümüz bu gün UFC-də ilk sınağına çıxacaq

MMA döyüşçümüz bu gün UFC-də ilk sınağına çıxacaq

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.

Tacxeber.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar.

N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək.

Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.(Qafqazinfo)

Tacxeber.az

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Bu qədər vəsait ayrılıb, meydançaların vəziyyəti niyə belədir?”

admin

“Yəqin ki, “McDonald’s”da işləyəcəkdim” – Ronaldo

redaktor

Futbolumuzda biabırçı olay – Oyuna hakim təyin etmək yaddan çıxdı

admin