8 C
Bakı
09 Fevral 2026 14:56
DünyaGündəmSiyasət

İngilis nazirdən şok: rusların 80 min itkisi var!

İngilis nazirdən şok: rusların 80 min itkisi var!

Rusiya ordusu Ukraynada dəhşətli itkilər verib və hədəfləri ilə bağlı açıq-aşkar uğur əldə edə bilməyib.

Axar.az bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Rusiya ciddi kəmiyyətdə avadanlıq və canlı qüvvə itirməkdə davam edir. Bugünkü dəyərləndirmələrə görə, 25 mindən çox rusiyalı əsgər ölüb, lakin ümumən, ölü, yaralı, əsir götürülənlər, onminlərlə fərarini də buraya əlavə etsək, bu rəqəm 80 mindən çoxdur. Bu, Rusiya ordusuna və onun döyüş qabiliyyətinə uzun vədədə təsir göstərəcək”, – deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, 194 günlük müharibədə Rusiya öz strateji məqsədlərindən heç birinə nail olmayıb, halbuki bütün bunlar 1 aya planlaşdırılırdı:

“Ukraynalılar real uğur əldə etdikcə, döyüş yaxın və şiddətli olur”.

Tacxeber.az

Oxşar xəbərlər

Tokayevin Bakı səfəri tarixi zərurətdir – Toğrul İsmayıl

redaktor

Trampdan kriptovalyuta sahəsində yeni addım – Əməkdaşlığa başlayır

admin

Köçəryanın oğlu BU SƏBƏBDƏN saxlanılıb

redaktor