Dünya

Rusiyada ixtisaslı kadrlar ölkəni tərk edirlər

Rusiyada ixtisaslı kadrlar ölkəni tərk edirlər

Qərbin sanksiyaları Rusiyaya dərin iqtisadi ziyan vura bilər. Əsas sektorlarda istehsalın kəskin azalması müşahidə olunur, ixtisaslı kadrlar ölkəni tərk etməyə başlayıb.

Tacxeber.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Hökumət üçün hazırlanan daxili hesabata görə, ABŞ və Avropa sanksiyalarının təsiri ölkənin illərdir iqtisadiyyatı üçün güvəndiyi sənaye sahələrini təhlükə altına qoyduğu üçün Rusiya daha uzun və daha dərin tənəzzüllə üzləşə bilər.

Hesabatda təqdim olunan üç ssenaridən ikisi tənəzzülün gələn il daha da sürətlənəcəyini və iqtisadiyyatın müharibədən əvvəlki səviyyəyə yalnız onilliyin sonunda və ya daha sonra qayıdacağını göstərir”, – agentlik vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor