DünyaSiyasət

Ukrayna sərhədinə hərbi texnika yeridildi – II cəbhə?

Ukrayna sərhədinə hərbi texnika yeridildi – II cəbhə?

Ukrayna sərhədinə hərbi texnika yeridildi – II cəbhə?Belarusda hərbi texnika karvanının Ukrayna sərhədinə toplanması işğal təhlükəsi kimi qiymətləndirilməlidir.

Bu sözləri hərbi ekspert Oleq Jdanov deyib.

“Bizim kəşfiyyat bildirir ki, onlar sərhədin yaxınlığına tanklar, zirehli maşınlar,  artilleriya və HHM sistemləri yığırlar. Çox güman ki, Belarus istiqamətindən Rusiya ordusu hərbi provokasiya edə bilər. Belarus ordusunun bu müharibəyə girmək istəyinə inanmıram, amma belarusların bu məsələyə “daxil olduğunu” da istisna edə bilmərik”, – Jdanov deyib.

Ekspert bildirib ki, Rusiyaya ikinci cəbhə çox lazımdır:

“Onlar Donetsk vilayətini götürə bilərlər, buna görə də hərbi provokasiyaya çalışırlar”.

Jdanov Belarus istiqamətindən tammiqyaslı hücum olmayacağını da bildirib:

“Bir eşelon – bir batalyon, uzağı artilleriya və tanklarla gücləndirilmiş bir batalyon-taktiki qrup deməkdir. Bu güc hücuma qadir deyil, onlar yalnız döyüş kəşfiyyatı və silahlı provokasiya apara bilərlər”

Qeyd edək ki, bundan öncə Belarus istiqamətindən sərhəddə aktivlik müşahidə olunduğu, hərbi texnika, o cümlədən S-300, “Qrad” və s. sistemlər cəmləşdiyi bildirilib./Axar.az

 

Tacxeber.az

Oxşar xəbərlər

Uşaqların psixi sağlamlıq problemlərinin öhdəsindən gəlmək üçün ən yaxşı yol müəyyən edilib

redaktor

Rusiyada hazırlanan xərçəng əleyhinə peyvənd 100 faiz nəticə göstərib

redaktor

Ermənilərin bölgəni tərk etməsi lobbini “hərəkətə” gətirdi: Bu başlanğıcdır

admin