24 C
Bakı
26 Sentyabr 2025 16:14
İdman

Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

Tacxeber.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.

Tacxeber.az

Oxşar xəbərlər

Messi ilin ən yaxşı futbolçusu seçildi

redaktor

“Hekken” – “Qarabağ”: Heyətlər

admin

Gələn həftə UEFA İsrailə sanksiya tətbiq edə bilər

admin