25 C
Bakı
10 Avqust 2025 23:22
Dünya

Vladimir Putin İlham Əliyevə zəng edib

Vladimir Putin İlham Əliyevə zəng edib

Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Tacxeber.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib.

Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.

Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib.

Tacxeber.az

Oxşar xəbərlər

Macarıstan “Türk axını”na güvənir: “Ukrayna tranziti kəssə…”

admin

Britaniya Avropada ilk dəfə olaraq laboratoriya ətinin satışına icazə verib

admin

Zelenski Gürcüstana çağırış etdi: Saakaşvilini azad edin

admin