10 C
Bakı
25 Mart 2026 23:23
DünyaSiyasət

Qarabağ erməniləri siyahıya alınmalıdır – Korotçenko

Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir.

 

Tacxeber.azxəbər verir ki, bu barədə rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko özünün sosial şəbəkə hesabında yazıb.

Ekspertin fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları-red), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar.

“Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, – deyə Korotçenko vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Tural Abbaslı: “Həmin “Ferrari”nin sürücüsünün gəliri araşdırılmalıdır…”

redaktor

Ermənistanın “əcəl zəngi” çalınır…

redaktor

Necə olur ki, “cəmiyyətdə heç bir dəstəyi olmayan” Əli Kərimin çıxışlarına 1,5 milyon baxış olur?

admin