24 C
Bakı
01 Oktyabr 2026 18:14
DünyaGündəm

Pakistan böyük fəlakətlə ÜZ-ÜZƏ: üçdə biri su altındadır

Pakistan böyük fəlakətlə ÜZ-ÜZƏ: üçdə biri su altındadır

Pakistan böyük fəlakətlə ÜZ-ÜZƏ: üçdə biri su altındadır

Güclü yağışlar nəticəsində Pakistan ərazisinin üçdə birindən çoxu su altındadır.

Tacxeber.azxəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, məlumat Avropa Kosmik Agentliyinin (ESA) peyk fotoşəkilləri ilə təsdiqlənib.

Bildirilir ki, daşqınlar əlavə fəlakətlərə səbəb olmaq təhlükəsi yaradır.

Ölkədə ərzaq çatışmazlığı yaranıb, milyonlarla hektar əkin sahəsi su altında qalıb, yüz minlərlə mal-qara tələf olub. Humanitar təşkilatlar isə yoluxucu xəstəliklərin artması ilə bağlı xəbərdarlıq edir.

İyunun ortalarında daşqınlar 1200-dən çox insanın həyatına son qoyub, onlardan 400-ə yaxını uşaqdır, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Pakistanın musson mövsümü adətən leysan yağışlarla müşayiət olunur, lakin Pakistan Meteorologiya Departamentinin məlumatlarına görə, bu il 1961-ci ildən bəri ən yağışlı mövsüm olub.

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

205 il ərzində ilk qadın edamı

admin