28 C
Bakı
24 Avqust 2026 11:42
Hadisə

Kəlbəcərdə ordumuzun nəqliyyat vasitələri atəşə tutuldu

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Tacxeber.az

Oxşar xəbərlər

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor