28 C
Bakı
13 Avqust 2025 21:00
Gündəm

Rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI – Yeni TƏYİNAT

Rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI – Yeni TƏYİNAT

Rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI - Yeni TƏYİNAT

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.

Tacxeber.az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.

Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.

Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə V.Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.

Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.

 

Tacxeber.az

Oxşar xəbərlər

Kamil Zeynallı bu halda Ermənistana təhvil veriləcək – Hüquqşünas detalları açıqladı

admin

“Qara qutu” üç ölkənin iştirakı ilə AÇILACAQ

redaktor

“Qanuni oğru”nun 15 milyon dolları azərbaycanlı bankirdən çıxdı

admin